Fev 08, 2017 18:21 Asia/Baku
  • 
İran və Macarıstan bank nümayəndələri Budapeştdə bir araya gəlib
    İran və Macarıstan bank nümayəndələri Budapeştdə bir araya gəlib

Macarıstan bankları və İranın Mərkəzi, Sina, Şəhər və Toseye Saderat banklarının icraçı direktorları və nümayəndələrinin iclası Budapeştdə bank əlaqələrinin qurulması yollarının araşdırılması məqsədilə keçirilib.

İRİB-in məlumatına görə, İranın iqtisad naziri Əli Təyyibniya bu iclasda deyib: Ötən iqtisadi əməkdaşlıqlar həcminə çatmaq və onun artırılması iki ölkə banklarının bank əlaqələrini genişləndirmələrini tələb edir. Bu iclasda qərara alınıb ki, iki ölkənin mərkəzi bankları arasında nəzarət əməkdaşlıqları anlaşma memorandumu imzalansın.

Həmçinin Macarıstanın Egzim Bankı iqtisadi əməkdaşlıqlar həcminin yüksəldilməsi üçün İranın Toseye Saderat Bankına 85 milyon avroluq kredit ayırıb.

Teqlər