Fev 09, 2017 09:33 Asia/Baku
  • İnqilab Rəhbəri bir qrup məhkumun əfvi və ya cəzasının yüngülləşdirilməsilə razılaşıblar
    İnqilab Rəhbəri bir qrup məhkumun əfvi və ya cəzasının yüngülləşdirilməsilə razılaşıblar

İslam İnqilabının Böyük Rəhbəri İslam İnqilabı qələbəsinin 38-ci ildönümü münasibətilə bir qrup məhkumun əfvi və ya cəzasının yüngülləşdirilməsilə razılaşıblar.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei çərşənbə günü ümumi və inqilab məhkəmələri, silahlı qüvvələrin məhkəmə təşkilatı və hökumət sanksiyaları təşkilatı tərəfindən məhkum olunmuş 631 nəfərin  əfvi və ya cəzasının yüngülləşdirilməsilə razılaşıblar.

İranın Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Sadiq Amoli Laricani İslam İnqilabı qələbəsinin 38-ci ildönümü münasibətilə İslam İnqilabının Böyük Rəhbərinə bir məktub ünvanlayaraq, əlaqədar komissiyada lazımi şəraitə malik olduğu müəyyən edilmiş 631 nəfərin əfvi və ya cəzasının yüngülləşdirilməsi, yaxud dəyişdirilməsi təklifini vermişdi. Bu təklif Həzrət Ayətullahuluzma Xameneinin razılığı ilə üzləşibdir.

Teqlər

Şərhlər