Fev 09, 2017 12:28 Asia/Baku
  • Avropa məhkəməsində İranın ticarət bankının şikayətinə baxılır
    Avropa məhkəməsində İranın ticarət bankının şikayətinə baxılır

İranın ticarət bankının sərəncamçı müdiri deyib ki, bu bankın Avropa Birliyi tərəfindən tətbiq olunmuş sanksiyalara qarşı şikayətinə həmin birliyin məhkəməsində baxılır.

İranın ticarət bankının sərəncamçı müdiri Mohəmməd Ebrahim Moqəddəm IRNA ilə müsahibədə əlavə edib: Bu bankın sanksiyalar dövründə ona qarşı tətbiq olunmuş sanksiyalarla bağlı şikayəti Avropa Birliyinin məhkəməsində qeydə alınıb və xəsarətlərin miqdarı barədəki sənədlər tezliklə məhkəməyə təqdim olunacaq.

Ebrahim Moqəddəm deyib: Ticarət bankının Avropa Birliyini məhkəmədə məhkum etmək üzrə hüquqi səyləri təqribən il yarım sürüb və ümid edirik ki, bu məhkəmə də tez bir zamanda nəticəyə çatacaq.

İranın ticarət bankı sanksiyalar dövründə bu banka vurulmuş xəsarətlərin kompensasiyasını tələb etmək üzrə şikayətini 2017-ci il yanvarın 23-də Avropa Birliyinin məhkəməsində qeydə aldırıb.

Avropa Birliyi 2012-ci ildə İranın nüvə fəaliyyətlərini bəhanə gətirərək, İranın ticarət bankını boykot etdi.

Avropa Birliyinin ümumi məhkəməsi 2015-ci ilin fevralında İranın ticarət bankının sanksiyalardan çıxarılması haqda qərar verdi, lakin Avropa Birliyinin rəyi ilə elə həmin ilin martında bir daha sanksiyalar siyahısına salındı.

Nüvə anlaşmasının 2016-cı ilin yanvarında icra olunması ilə İranın ticarət bankı sanksiyalar siyahısından çıxarıldı.

Teqlər