Fev 12, 2017 09:43 Asia/Baku
  • Laricani: Suriya və Yəmən böhranlarının həll yolu hərbi deyil
    Laricani: Suriya və Yəmən böhranlarının həll yolu hərbi deyil

İran İslam Şurası Məclisinin sədri deyib ki, Suriya və Yəmən böhranları hərbi yollarla həll edilməyəcək.

İran İslam Şurası Məclisinin sədri  Əli Laricani dünən axşam Tehranda İsveçin baş naziri Stefan Lufon ilə görüşdə əlavə edib: Regiondakı əmin-amansızlığın dəlillərindən biri budur ki, bəzi ölkələr Suriya və Yəmən böhranlarının həll yolunu hərbi bilirlər. Halbuki demokratiya ilə yanaşı olan siyasi həll yolu düşmənçiliklərə son qoymağın ən yaxşı üsuludur.

Laricani bəzi ölkələrin demokratiyanın ölkələrin stabilliyindəki roluna məhəl qoymamalarını Yaxın Şərqin digər problemlərindən adlandırıb və belə vurğulayıb: Ölkələr demokratiyanın qurulmasına mane olmamalıdırlar, zira bu prosesin yatırılması digər yerdən baş qaldıracaq və bu, nəinki həmin ölkələrin özlərinin xeyrinə olmayacaq, həm də digər ölkələri də problemlə üzləşdirəcəkdir.

İran parlamentinin sədri deyib: Terrorizm məsələsindən başqa, region digər bir problem ilə də üz-üzədir; o da narkotik maddələrdir və təəssüflər olsun ki, Pakistan və Əfqanıstan sərhədləri vasitəsilə bu maddələr tranzit olunur və hər il onunla mübarizə aparmaq üçün İranı böyük xərclərə salır.

İsveçin baş naziri Stefan Lufon da deyib: İsveç dövləti, xüsusən bu ölkənin parlament sədri İran-İsveç əlaqələrinin parlament, nəqliyyat, energetika, mədən, müasir informasiya texnologiyaları sahələrində genişləndirilməsinə maraqlıdır.

İsveçin baş naziri İran prezidentinin rəsmi dəvətilə ticari-siyasi bir heyətlə cümə günü gecə Tehrana daxil olub.

Teqlər