Zərif Rusiya, Fransa və Türkiyə xarici işlər nazirləri ilə görüşüb
İran İslam Respublikasının xarici işlər naziri cümə günü Münhent Təhlükəsizlik Konfransının kənarında ayrı-ayrılıqda rusiyalı, fransalı və türkiyəli həmkarları Sergey Lavrov, Jan Mark İro və Mövlud Çavuşoğlu ilə görüşüb, ikitərəfli əlaqələr habelə, regional və beynəlxalq məsələlər haqda danışıqlar aparıb.
İRNA-nın məlumatına görə, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif həmçinin, cümə günü Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi xanım Federiko Moqerini, İraq Kürdüstanı yerli hakimiyyət başçısı Məsud Barzani, BMT baş katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Stefan De Mistura və BMT-nin "Ağsaqqallar"(Elders) adlı heyəti ilə də görüşüb.
Münhen Təhlükəsizlik Konfransı cümə günü rəsmən işə başlayıb və İran xarici işlər naziri bu iclasda iştirak edir.
Münhen Təhlükəsizlik Konfransında mühüm beynəlxalq mövzular o cümlədən NATO-nun perspektivi, dünya qruluşu, insan təhlükəsizliyi, terrorizm və ifratçılıq, cənub-şərqi Asiya və Koreya Yarımadası, Ərəb dünyası, Suriya və Ukrayna böhranları kimi məsələlər müzakirəyə çıxarılır.