Fev 18, 2017 11:25 Asia/Baku
  • Netanyahunun əsassız iddiaları və Zərifin qətiyyətli cavabı
    Netanyahunun əsassız iddiaları və Zərifin qətiyyətli cavabı

İran İslam Respublikasının xarici işlər naziri öz tvitter səhifəsində İsrail rejiminin baş naziri Benyamin Netanyahunun son zamanlar İranın raket müdafiə proqramı haqda səsləndirdiyi fikirlərə reaksiya verib.

Əl-Aləm kanalının verdiyi məlumata görə, Məhəmməd Cavad Zərif öz şəxsi Tvitter səhifəsində yazıb: Yaxın Şərqin nüvə başlıqlarına və qitələrarası raketlərə malik olan və tarixi təcavüzkarlıqlar ilə aşıb-daşan yeganə rejimi İranın qanuni və tanınmış özünü müdafiə vasitələrini qondarma xəbərlər ilə İrana qarşı qorxu siyasəti üçün bəhanə qərar verib.

İsrailin baş naziri Benyamin Netanyahu son zamanlar Vaşinqtona olan səfəri zamanı ABŞ prezidenti Donald Tramp ilə birgə mətbuat konfransında İranın dinc məqsədlər üçün olan nüvə fəaliyyətlərini və raket müdafiə proqramını İsrail və Amerikanın təhlükəsizliyi üçün təhdid adlandırıb.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi də çərşənbə günü bu xəbərə reaksiya olaraq bildirmişdi ki, İsrail rejiminin nüvə cəbbəxanası Yaxın Şərq və dünya sülhü və təhlükəsizliyi üçün ən böyük təhdiddir.

B.Qasemi həmçinin, İrana qarşı səsləndirilən əsassız iddiaların heç bir beynəlxalq qanuna və konvensiyalara sədaqət nümayiş etdirməyən və öz nüvə cəbbəxanasında yüzlərlə nüvə başlığına malik olan bir rejim tərəfindən irəli sürüldüyünə də diqqət çəkib.

Qərbin xüsusi xidmət orqanlarının məlumatlarına görə İsrail rejimi 400-ə yaxın nüvə başlığına malikdir.  

Teqlər