Zərif və Münhen Təhlükəsizlik Konfransının kənarında baş tutan görüşləri
İran İslam Respublikasının xarici işlər naziri Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransının kənarında İraqın baş naziri, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin direktoru və İspaniyanın xarici işlər nazirləri ilə görüşüb.
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Münhen Təhlükəsizlik Konfransında iştirak məqsədi ilə Almaniyaya olan səfərinin ikinci günündə İraqın baş naziri Heydər Əl-İbadi ilə görüşüb. Görüşdə terrorizm ilə mübarizə və ikitərəfli əlaqələr haqda danışıqlar aparılıb.
Zərif həmçinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yokio Amano ilə də görüşüb. Bu görüşün əsas müzakirə mövzusu nüvə anlaşması və tərəflərin öhdəlikləri barədə olub.
İspaniyanın xarici işlər naziri Alfonso Dastis də Münhen Təhlükəsizlik Konfransının kənarında Zərif ilə görüşüb, müzakirələr aparıb.
İranın xarici işlər naziri daha öncə Rusiya xarici işlər naziri Sergey Lavrov ilə də görüşüb, ikitərəfli əlaqələr və Suriya böhranı barədə danışıqlar aparmışdı.
Məhəmməd Cavad Zərif cümə günü Münhen Təhlükəsizlik Konfransında iştirak məqsədi ilə Almaniyaya səfər edib.