İranın qazma şirkətlərinin region ölkələrində iştirakı zəruridir
Fev 18, 2017 23:40 Asia/Baku
İranın neft nazirinin müavini İranın qazma şirkətlərinin region ölkələrində fəaliyyət göstərmələrini zəruri adlandırıb.
Həbibullah Bitərəf şənbə günü Tehranda keçirilən 4-cü beynəlxalq qazmaçılıq iclasında deyib: İranın qazma sənayesinin təcrübəsi region və dünya səviyyəsində İran şirkətləri üçün yaxşı baza sayılır.
Bitərəf əlavə edib: Qazmaçılıq neft və qaz yataqlarının istismarı, saxlanılması və qorunmasında mühüm rola malikdir.
İranın neft nazirinin müavini əlavə edib: Qazma sənayesində beynəlxalq əməkdaşlıq atmosferi, dünya iqtisadiyyatının durumu və texniki məsələlər diqqətə alınmalıdır.
4-cü beynəlxalq qazmaçılıq iclası şənbə günü yerli və xarici şirkətlərin iştirakı ilə Tehranda işə başlayıb. İclas 2 gün davam edəcək.