İnqilab Rəhbərinin iştirakı ilə Fatimiyyə günləri əzadarlığı mərasimi keçiriləcək
https://azeri.sahartv.ir/news/İran-i260984-İnqilab_rəhbərinin_iştirakı_ilə_fatimiyyə_günləri_əzadarlığı_mərasimi_keçiriləcək
Həzrət Fatimeyi-Zəhra(s.ə)-ın əzadarlıq günlərinin gəlib çatması ilə bir vaxtda İslam İnqilabının Böyük Rəhbərinin iştirakı ilə Fatimiyyə günləri əzadarlığı mərasimi keçiriləcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 26, 2017 13:44 Asia/Baku
  • İnqilab Rəhbərinin iştirakı ilə Fatimiyyə günləri əzadarlığı mərasimi keçiriləcək
    İnqilab Rəhbərinin iştirakı ilə Fatimiyyə günləri əzadarlığı mərasimi keçiriləcək

Həzrət Fatimeyi-Zəhra(s.ə)-ın əzadarlıq günlərinin gəlib çatması ilə bir vaxtda İslam İnqilabının Böyük Rəhbərinin iştirakı ilə Fatimiyyə günləri əzadarlığı mərasimi keçiriləcək.

Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın şəhadətinin əzadarlıq günləri mərasimi sabah, 2017-ci il fevralın 27-dən martın üçünədək məğrib və işa namazından başlayaraq, Tehrandakı İmam Xomeyni(r.ə.) adına hüseyniyyədə keçiriləcək.

Cari həftənin cümə axşamı günü, 2017-ci il martın 2-si və 1438-ci hicri qəməri ili cəmadüssani ayının üçü, rəvayətə görə, Həzrət Muhəmməd(s.ə.s)-in əziz qızı və Əmirəlmöminin Əli(ə)-ın həyat yoldaşı Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın şəhadətinin ildönümü günüdür.

Həzrət Fatimeyi-Zəhra(s.ə.) rəvayətə görə, 11-ci hicri qəməri ili cəmadiuləvvəl ayının on üçü və cəmadüssani ayının üçündə şəhid olubdur.