Vilayət-95 hərbi təlimləri
İranın cənub sularında həyata keçirilən Vilayət-95 hərbi təlimlərinin son günündə İran İslam Respublikası ordusunun dəniz qoşunlarının "Vəlfəcr" adlı yeni strateji raketi Qədir sualtı gəmisindən uğurla hədəfə doğru atılıb.
İRNA-nın verdiyi məlumata görə, Vilayət-95 hərbi dəniz təlimlərinin sonuncu günündə təlim ərazisinə göndərilmiş sualtı gəmilər sahildən 100 kilometr məsafədə mövqe tutaraq, müşahidə sistemi vasitəsi ilə suyun üzündəki üzən hədəfləri müəyyənləşdiriblər və suyun altından üstünü hədəfə alan raket növü vasitəsi ilə nəzərdə tutulan qayığı məhv ediblər.
Hərbi dəniz təlimlərinin son günündə İİR ordusunun dəniz qüvvələrinin hava bölməsinin sualtı qayıqları hədəfə alan vertolyotları müşahidə əməliyyatı apararaq sualtı qayıqları müəyyənləşdiriblər və havadan suyun altını hədəfə alan raketlərlə onları məhv ediblər.
Eyni zamanda ordunun raket və minomyotla təchiz edilmiş bir ədəd vertalyotu üzən hədəfləri nişan alaraq məhv edib.
Hərbi təlimlərin bu mərhələsində həmçinin İİR ordusunun strateji dəniz bölməsi sahil və dəniz istifadəsinə ixtisaslaşdırılmış müxtəlif növlü Pilotsuz Uçan Aparatlarlarla Hormoz boğazı, Oman dənizi, Hind okeanının şimalı və Babül-Məndəb boğazını əhatə edən hərbi təlimlərin ümumi məntəqəsində gecə və gündüz müşahidələri aparıblar və İran sularından kənardakı fərzi düşmən bölmələrini müəyyənləşdirərək topladıqları məlumatları müvafiq bölmələrə ötürüblər.
Geniş miqyaslı Vilayət-95 hərbi dəniz təlimləri İİR ordusunun strateji dəniz qoşunları vasitəsi ilə bazar günündən ya zəhra(s.ə) rəmzi ilə başlanmışdır.