İranlıların həcc ziyarəti yolunda duran maneələr həll edilə bilər
Vəli Fəqihin həcc və ziyarət məsələləri üzrə nümayəndəsi və İranın həcc karvanlarının sədri iranlıların həcc ziyarətində iştirak üçün Ərəbistana səfər edə bilmələri yolunda duran problemlərin öz həllini tapacağına ümidvar olduğunu bildirib.
İRİB-nin verdiyi məlumata görə, höccətülislam seyid Əli Qazı Əsgər bazar günü jurnalistlərə verdiyi açıqlamada deyib: İranlıların həcc mərasimində iştirak qaydaları ilə bağlı Ərəbistanla malik olduğumuz ixtilaflı məsələlərin bir çoxu öz həllini tapıb və iranlıların həcc mərasimində iştirak edə biləcəkləri gözlənilir.
Qazı Əsgər Mina şəhidləri məsələsinə aydınlığın gətirilməsini İran İslam Respublikası üçün önəmli adlandırıb və deyib: Ərəbistan baş vermiş hadisə ilə bağlı araşdırmaların davam etdiyini deyirlər. İran da bunun üçün faktaraşdırıcı komitənin təsis edilməsini təşkil edib.
İranın həcc karvanlarının sədri əlavə edib: Anlaşmaların yekunlaşdığı təqdirdə minimum 80 000 iranlı həcc mərasimində iştirak edə biləcək.
İran və Ərəbistan cari ilin əvvəlindən indiyə kimi 3 mərhələdə müzakirə həyata keçiriblər.
Ərəbistan ötən il qondarma səbəblər üzündən İran və Suriya vətəndaşlarının həcc mərasimində iştirakına icazə vermədi.