Mart 16, 2017 14:18 Asia/Baku
  • Zərif: ABŞ-ın İrana qarşı sanksiyaları əks nəticə verəcək
    Zərif: ABŞ-ın İrana qarşı sanksiyaları əks nəticə verəcək

İran İslam Respublikası xarici işlər naziri deyib: Amerikanın İrana qarşı sanksiyaları siyasi və iqtisadi sahələrdə onlar üçün tamamiylə əks nəticə verəcək.

İRİB-in verdiyi məlumata görə İİR XİN rəhbəri Məhəmməd Cavad Zərif Əl-Məyadin telekanalına verdiyi müsahibədə Amerikanın İran İslam Respublikasına qarşı sanksiyalarının faydasız olduğunu bildirərək deyib: İran belə qənaətdədir ki, Amerikanın 5+1 qrupu çərçivəsində İranla nüvə müzakirələrində iştirakı ona görə baş tutmadı kı, amerikanlar İranın ciddi olub-olmamasını sınamaq istəyirdilər, çünki onlar Barak Obama dövründə bütün seçimləri sınamışdılar. 

Zərif deyib: Amerikanın sanksiyaları nəinki İrana iqtisadi təsir etmədi hətta siyasi sahədə də təsirsiz idi, bu sanksiyaların ardınca İran sülhməramlı nüvə proqramında öz qabiliyyətlərini daha da gücləndirdi. 

Zərif  sionist rejim və Sudiyyə Ərəbistanının İranın 5+1 qrupu ilə nüvə müzakirələrini əngəlləmək cəhdlərinə toxunaraq deyib: 2015-cı il iyulda nüvə müzakirələri sona çatdıqdan sonra da bu iki rejim ABŞ konqresi və digər kanallardan nüfüz edərək əldə olunmuş razılaşmanın icrasını əngəlləməyə cəhd göstərdirlə ancaq bu alınmadı. 

İranın diplomatiya idarəsinin rəhbəri sionist rejimi region və dünya üçün ən əsas nüvə təhdidi adlandıraraq deyib: İsrail rejimi fələstinlilərin hüquqlarını pozan və dünya üçün ən əsas nüvə təhdisi olan bir rejim kimi indiyədək regionun bütün xalqları o sıradan Livan, Fələstin, İordaniya, Suriya və hətta Misirə qarşı düşmən hərəkətlərə əl atmışdır. 

Zərif söhbətinin davamında Türkiyəni İranın önəmli qonşusu adlandıraraq deyib: Türkiyə orta şərqdə önəmli və təsirli ölkədir və Suriyadakı terrorçu qrupların yeni silah və maliyyə mənbələri ilə təmin olunmaları yollarını bağlamalıdır, bu rəsmi Ankaranın prioritet rolu ola bilər. 

İran İslam Respublikası Xarici İşlər Naziri İranın Türkiyə ilə qarşılıqlı, xüsusiylə iqtisadi əlaqələrin inkişaf etdirilməsinə hazır olduğunu bildirərək deyib: İran Türkiyə ilə ticarət, tranzit və iqtisadi sahələrdə xüsusi əlaqələrə malikdir. 

Teqlər