Mart 29, 2017 19:58 Asia/Baku
  • Avropa və orta şərq, İranın dərman bitkilərinin əsas məqsədidir
    Avropa və orta şərq, İranın dərman bitkilərinin əsas məqsədidir

İranın kənd təsərrüfatı cihadı nazirliyinin bitkilərin inkişafı üzrə milli layihəsinin icraçısı deyib: Avropa, xüsusiylə Almaniya eləcə də Birləşmiş Ərəb Əmirlikləri İranın dərman bitkilərinin ən əsas ixracat məqsədini təşkil edir.

İRNA-nın verdiyi məlumata görə, Peyman Yusifi Azər deyib: Yaxın gələcəkdə dərman bitkiləri bürosunun yaradılması ilə, dərman bitkilərinin istehsalı, emalı və ixracatı tənzimlənəcəkdir. 

Yusifi Azər İranın cənubunda Fars ostanında dərman bitkiləri üzrə ilk ixracat terminalının inşasından xəbər verərək deyib: Bu ixracat terminalı bitki məhsullarının bazarının inkişafında önəmli rol oynayacaq. 

Dərman bitkilərinin yetişdirilməsinin inkişafı üzrə müqavimət iqtisadiyyatı siyasətinə əsasən 10 illik proqram çərçivəsində İranda 20 növ dərman bitkisi istehsal ediləcək. İranda 2 mindən çox dərman bitkiləri mövcuddur. 

Teqlər