Təbriz hava limanında 180 ölkənin müsafirlərinə viza verilir
İran xarici işlər nazirinin müavini Təbriz beynəlxalq hava limanında elektron vizanın verilməsinin açılış mərasimində deyib: Bu sistemin işə salınması ilə Təbrizin Şəhid Mədəni adına hava limanında dünyanın 180 ölkəsindən olan müsafirlərə vizanın verilməsi həyata keçiriləcək.
İran xarici işlər nazirinin konsulluq, məclis və iranlılar məsələləri üzrə müavini Həsən Qəşqavi bu gün Təbriz beynəlxalq hava limanında elektron vizanın verilməsinin açılış mərasimində sonra belə deyib: Bu məsələ 2018-ci il üçün bir müqəddimə olacaqdır ki, Təbriz İslam Dünyasının turizm şəhəri seçilibdir.
Qəşqəvai həmçinin 2016-cı ildə mərkəzi, Təbriz olan Şərqi Azərbaycan ostanına bir milyard beş yüz milyon dollardan yuxarı sərmayə yatırımının cəzb olunmasına işarə edərək, deyib: Bu addımlar daxili və xarici turistlərin qəbulu istiqamətində Təbriz şəhərinin infrastrukturlarının yaxşılaşdırılması və tam hazır vəziyyətə gətirilməsi çərçivəsində atılıbdır.
İran xarici işlər nazirinin müavini İranın Azərbaycan Respublikası ilə viza ləğvinə malik olduğunu xatırladaraq, Azərbaycan Respublikasının da iranlılara hörmətini sübuta yetirmək üçün vizanı ləğv etməsi zərurətinə təkid edib.