Apr 18, 2017 18:26 Asia/Baku
  • Ruhani: Regiondakı destabilliyə qarşı ayıq olmaq lazımdır
    Ruhani: Regiondakı destabilliyə qarşı ayıq olmaq lazımdır

İran İslam Respublikası prezidenti regiona höküm sürən destabilliyə qarşı ayıq olmağın vacibliyini vurğulayıb.

Həsən Ruhani bu gün ölkə universitetlərinin rektorları iclasında etdiyi çıxışında dünyanın həssas durumuna toxunaraq deyib: Gələcək durumun proqnoz ediləsi olmaması, regiona destabilliyin höküm sürməsi ayıq olmağın vacibliyini qat-qat artırır. 

Ruhani universitetlərin böyük ictimai hərəkətlərin mənşəyi olduğunu bildirərək deyib: Universitetlər islam inqilabında və İranın gələcək istiqamətində böyük rola malik olmuşdur və bundan sonra da belə olacaq. 

İİR prezidenti ölkənin elmi nailiyyətlərinin alqışa layiq olduğunu bildirərək deyib: Bu gün İran elmi inkişaf sürəti baxımından dünyanın əsas 25 ölkəsi arasında birinci yeri tutur.

İranın elm, tədqiqat və texnologiya naziri Məhəmməd Fərhadi də bu iclasda elm və texnologiya sahəsində əldə olunan nailiyyətlər barədə bir hesabat təqdim edib. 

Teqlər