Zərif Qırğızıstan prezidenti ilə məşvərət aparıb
Apr 19, 2017 13:25 Asia/Baku
İran xarici işlər naziri Bişkekdə Qırğızıstan prezidenti ilə görüşərək, onunla müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişaf yolları barədə danışıb.
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Qırğızıstan prezidenti Almazbay Atambayev ilə görüşdə onunla tərəfləri maraqlandıran məsələlər, o sıradan qarşılıqlı əlaqələr barədə danışıb və əməkdaşlıqların əhatəli şəkildə genişləndirilməsi məqsədilə ikitərəfli razılaşmalardan bəhrələnmənin vacibliyini vurğulayıbdır.