Apr 21, 2017 20:56 Asia/Baku
  • İranın Avropa ölkələri ilə 230 müştərək araşdırma layihəsi
    İranın Avropa ölkələri ilə 230 müştərək araşdırma layihəsi

İranın elm, təhqiqat və texnologiya naziri deyib: İran və Avropa ölkələri arasında 230-dan çox müştərək araşdırma layihəsi həyata keçirilməkdədir.

İranın elm, təhqiqat və texnologiya naziri Məhəmməd Fərhadi cümə günü deyib: Bu layihələr əsasən İranın ehtiyac duyduğu sahələr, o cümlədən su böhranı, kanalizasiya, ətraf mühit, aeronavtika, bərpa olunan enerjilər sahəsini ehtiva edir.

Nazir ötən üç il yarım ərzində dünyanın elmi, universitet və araşdırma mərkəzlərindən hər həftə orta hesabla on elmi heyətin İrana səfər etdiyini deyib: Həmin müddət ərzində 8-10 elmi heyət də İrandan dünyanın digər bölgələrinə ezam olunublar.

Teqlər