Apr 22, 2017 09:34 Asia/Baku
  • Zərif: Amerikanların İranı hədələmələri bir nəticə verməyəcək

İranın xarici işlər naziri vurğulayıb: Amerikanın dövlət başçıları bilsinlər ki, heç bir şəraitdə İran qarşısında sanksiya və təhdid dili ilə nəticə almayıblar və almayacaqlar da.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən IRNA ilə müsahibədə deyib: Amerikanın dövlət başçıları İran İslam İnqilabının qələbəsindən sonrakı ötən qırx ildə baş vermiş hadisələr və dəyişikliklər prosesi xüsusiyyət təşkil etməklə tarixdən yaxşı dərs almış olmalıdırlar ki, İran və iranlılar qarşısında kobud kəlmələr işlətmək, eləcə də sanksiya və təhdid dili ilə danışmaqla heç bir şəraitdə və heç bir zaman nəticə almayıblar və almayacaqlar da.

Zərif əlavə edib: Amerikanın dövlət katibi Reks Tillerson bir gün bu ölkənin konqresinə məktub göndərir ki, İran nüvə anlaşmasındakı bütün öhdəliklərinə əməl edib, sonrakı gün isə təzadlı bir ifadədə İranı nüvə ambissiyasında ittiham edərək, nüvə anlaşmasını İrana bir bac vermə kimi qələmə verir.

İranın xarici işlər naziri Tillersona tövsiyə edib ki, bu ölkənin keçmiş dövlət başçılarının İrana qarşı düşmənçilik siyasətləri yeritmək sahəsindəki uğursuzluqlarından dərs alsın.

Zərif nüvə anlaşmasını Amerikanın keçmiş dövlət başçılarının İran və region qarşısındakı başdan-ayağa yanlış siyasətlərini yenidən nəzərdən keçirmələrinin nəticəsi adlandırıb və belə deyib: Amerika daha, İranın nüvə işinin bağlanması gedişində MAQATE tərəfindən onların ağ yalanlarının sübuta yetirildiyi əsassız ittihamlarla dünya ictimaiyyətini yanıltmağa qadir deyil.

Teqlər