Apr 27, 2017 20:55 Asia/Baku
  • İran Pakistana rəsmi etiraz notası ünvanladı\Pakistan: İran ilə əməkdaşlıq edəcəyik
    İran Pakistana rəsmi etiraz notası ünvanladı\Pakistan: İran ilə əməkdaşlıq edəcəyik

İran İslam Respublikasının Pakistandakı səfiri cümə axşamı Pakistan baş nazirinin xüsusi köməkçisi ilə görüşdə terrorçu qruplaşmaların Pakistan ərazisindən İrana qarşı terror aktları törətmək üçün istifadə etmələri ilə bağlı Tehranın rəsmi etirazını onun diqqətinə çatdırıb.

İRNA-nın məlumatına görə, Mehdi Hünərdust  İslamabadda Tariq Fatimi ilə görüşdə Pakistanın əlaqədar orqanlarının dərhal bu məsələyə aydınlığın gətirilməsi üçün İran tərəfi ilə əməkdaşlıq etməsini istəyib.

Tariq Fatimi də bu görüşdə İran sərhədçilərinin şəhid edilməsinə görə Pakistan xalqı və dövləti adından İrana  başsağlığı verərək, deyib: İki ölkə arasında dost münasibətlərinin olmasını nəzərə alaraq, Pakistan terrorçu qruplaşmalar ilə mübarizədə iranlı qardaşları ilə əməkdaşlıqda heç bir səhlənkarlığa yol verməyəcək və bu kimi hadisələrin təkrarlanmasına mane olmaq üçün ciddi tədbirlər görəcək.

Fatimi bu acı hadisəni hər iki dost və qonşu ölkənin birgə maraqlarına qarşı yönəlmiş akt olaraq dəyərləndirib.

Teqlər