İranın təhlükəsizliyi digər ölkələr ilə müqayisədə məqbuldur
https://azeri.sahartv.ir/news/İran-i267590-İranın_təhlükəsizliyi_digər_ölkələr_ilə_müqayisədə_məqbuldur
İran İslan İnqilabı Keşikçiləri Korpusu Sepah-ın baş komandanı deyib: İranın Livan, Suriya, İraq və Yəməndə düşmənlər qarşısındakı mövqeyi, düşmən ölkələrin külli miqdarda pul xərcləmələrinə və geniş proqramlarına rəğmən, daha üstündür. Bu da, İslam İnqilabının xarici təsir baxımından mövqeyini bəyan edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 30, 2017 13:27 Asia/Baku
  • İranın təhlükəsizliyi digər ölkələr ilə müqayisədə məqbuldur
    İranın təhlükəsizliyi digər ölkələr ilə müqayisədə məqbuldur

İran İslan İnqilabı Keşikçiləri Korpusu Sepah-ın baş komandanı deyib: İranın Livan, Suriya, İraq və Yəməndə düşmənlər qarşısındakı mövqeyi, düşmən ölkələrin külli miqdarda pul xərcləmələrinə və geniş proqramlarına rəğmən, daha üstündür. Bu da, İslam İnqilabının xarici təsir baxımından mövqeyini bəyan edir.

General-mayor Məhəmməd Əli Cəfəri bazar günü Tehranda keçirilən seminarda dost və düşmənin İrandakı təhlükəsizliyi etiraf etdiyini deyərək, əlavə edib: Hüquq-mühafizə qüvvələri İranın təhlükəsizliyini digər ölkələr ilə müqayisədə daha məqbul səviyyədə qorumağa nail olublar. 

General-mayor Cəfəri İranın təhlükəsizliyinin beynəlxalq prizmada təşkil edildiyinə işarə edərək, deyib: İran İslam Respublikasının beynəlxalq səhnədəki mövqeyi elə bir şəraitdədir ki, bütün düşmənləri, hətta, Amerika, İsrail rejimi və Ərəbistanı belə məğlub etməyə nail olub.