Tehranda 30-cu beynəlxalq kitab sərgisi öz işinə başlayıb
Tehranın 30-cu beynəlxalq kitab sərgisi bu gün səhər İslami Şura Məclisinin sədri Əli Laricani və mədəniyyət və islami irşad naziri Seyid Rza Salehi Əmirinin iştirakıilə Tehranın cənubunda "Aftab" şəhərində öz işinə başlayıb.
İRNA-nın verdiyi məlumata görə, sərginin açılış mərasimində bir sıra mədəniyyət rəsmisi, millət vəkili, xarici ölkələrin səfirləri və xarici qonaqlar, mədəniyyət xadimləri, yazıçılar, daxili və xarici nəşriyyatçılar iştirak ediblər.
Tehranın 30-cu beynəlxalq kitab sərgisi " bir kitab əlavə oxuyaq" şuarı ilə sabahdan maraqlananların üzünə açıq olacaq. Sərgi mayın 13-dək öz işini davam etdirədək.
Bu ilki beynəlxalq kitab sərgisnində ölkə daxilindən və xaricdən cəmi min 782 naşir iştirak edir. Sərgi 135 min kvadrat metr ərazidə təşkil olunub.
Bu ilki sərginin özəl qonağı İtaliyadır və qonaq şəhər isə İstanbuldan ibarətdir.
Bu ilki sərgidə hər gün ölkənin vilayətlərindən birinin adı ilə adlandırılıb və hər vilayətin günündə onun etnik mədəniyyəti və adət-ənənələrini təqdim edən xüsusi mərasimlərin keçiriləcəyi nəzərə alınıb.