Cəzayiri: İran Amerikanın hərbi hücumundan daha üstün möqedədir
https://azeri.sahartv.ir/news/İran-i267768-cəzayiri_İran_amerikanın_hərbi_hücumundan_daha_üstün_möqedədir
İran İslam Respublikası Silahlı Qüvvələrinin sözçüsü deyib: İran islam inqilabının böyük rəhbərinin tədbirləri, vətəndaşların iştirakı və silahlı qüvvələrin qabiliyyətlərinin bərəkətindən illərdir Amerikanın hərbi hücum təhlükəsini özündən uzaqlaşdırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 02, 2017 12:08 Asia/Baku
  • Cəzayiri: İran Amerikanın hərbi hücumundan daha üstün möqedədir
    Cəzayiri: İran Amerikanın hərbi hücumundan daha üstün möqedədir

İran İslam Respublikası Silahlı Qüvvələrinin sözçüsü deyib: İran islam inqilabının böyük rəhbərinin tədbirləri, vətəndaşların iştirakı və silahlı qüvvələrin qabiliyyətlərinin bərəkətindən illərdir Amerikanın hərbi hücum təhlükəsini özündən uzaqlaşdırıb.

İRNA-nın verdiyi məlumata görə, General Leytenant Seyid Məsud Cəzayiri İran İslam Respublikasının daima hərbi və müdafiə baxımdan fəal önləyicilik mərhələsində olduğunu bildirərək deyib: Silahlı qüvvələrin hazırlığı, yüksək müdafiə qabiliyyəti və yüksək əhval-ruhiyyəsini nəzərə alaraq İran hər hansı təcavüzkara onu peşman edəcək reaksiyaya qadirdir. 

İranın silahlı qüvvələrinin sözçüsü deyib: Amerikanın tamahkarlıqları qarşısında müqavimət, daxili güc və qabiliyyətlərin artırılması, müdafiə və hərbi gücün yüksəldilməsi və milli bütövlük dünyanın zalım qüvvələri ilə qarşılaşmağın yeganə yoludur. 

General Cəzayiri deyib: Özündən hərhansı zəiflik göstərmək, Amerikanın region və dünyadakı hegemonçu siyasətlərini müşayiət yaxud onlara nikbinlik, İrana qarşı sərt tədbirlər o sıradan da hərbi hücuma zəmin yaradar.