İran xarici işlər naziri İslamabadda pakistanlı həmkarı ilə görüşüb
İran İslam Respublikasının xarici işlər naziri İslamabadda Pakistanın xarici işlər naziri Çodəri Nisar Əlixan ilə görüşüb, müxtəlif təhlükəsizlik məsələləri barədə danışıqlar aparıb.
Ötən çərşənbə günü İran-Pakistan sərhədində iranlı sərhədçilərin şəhid edilməsi məsələsini araşdırmaq üçün İslamabada səfər edən İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Pakistanlı həmkarı Çodəri Nisar Əlixan ilə görüşüb, sərhədlərdə təhlükəsizliyin təmin edilməsi və terrorçular ilə birgə mübarizənin aparılması üzrə əməkdaşlıqlar haqda danışıqlar aparıb.
Məhəmməd Cavad Zərif və Çodəri Nisar Əlixan bu görüşdə İran və Pakistan sərhədlərində təhlükəsizliyin möhkəmləndirilməsinə təkid edərək, terrorçuların nüfuz yollarının bağlanılmasını vurğulayıblar.
26 Apreldə İran-Pakistan sərhədinin sıfır nöqtəsində terrorçular pusqu quraraq, İranın Sistan və Bəluçestan ostanı, Mircave məntəqəsində iranlı sərhədçilərə hücum etmiş və 9 sərhədçini şəhid etmişdilər. Yaralı sərhədçilərdən birini özləri ilə aparan terrorçular Pakistanın daxilinə doğru qaçıblar.
Təkfirçi Ceyşülzülm terror qruplaşması bu cinayətin məsuliyyətini üzərinə götürüb.
İranın xarici işlər naziri bu gün səhər yüksək səviyyəli siyasi, hərbi və təhlükəsizlik heyətinin müşayiəti ilə İslamabada səfər edib.