Tehranın bu həftəki imam cüməsinin prezidentliyə namizədlərə tövsiyəsi
May 05, 2017 15:22 Asia/Baku
Tehranın bu həftəki cümə namazı xətibi deyib: İran prezident seçkilərinin keçirildiyi bütün mərhələlərdə milli birlik və ölkənin siyasi birliyi qorunmalıdır.
Tehranın bu həftəki cümə namazı Ayətullah Məhəmməd İmami Kaşaninin imaməti ilə qılınıb.
Müvəqqəti imam cümə prezidentliyə namizədlərdən Allaha təvəkkül edərək proqramlarını, eləcə də iqtisadi məsələlərdə araşdırma və proqramla çarə yollarını təqdim etmələrini istəyib.
Tehranın müvəqqəti imam cüməsi əlavə edib: Cihad işi ilə elə bir formada addım atılmalıdır ki, iqtisadiyyatı nəzərdə tutulan səviyyəyə çatdıra bilək və bu sahədə istehsala yüksək əhəmiyyət verilməlidir və qeyri-zəruri yerlərdə idxalatın qarşısı alınmalıdır.