Zərif Kabilə yola düşüb
May 07, 2017 09:13 Asia/Baku
İranın xarici işlər naziri Əfqanıstan xarici işlər nazirinin rəsmi dəvətilə yüksək səviyyəli siyasi bir nümayəndə heyətilə bu ölkəyə yola düşüb.
ISNA xəbər verir: İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Kabilə birgünlük səfərində əfqan rəsmilər, o sıradan Əfqanıstanın xarici işlər naziri Səlahəddin Rəbbani, bu ölkənin prezidenti Əşrəf Qəni və Əfqanıstan milli birlik dövlətinin icra şurasının sədri Abdullah Abdullah, eləcə də bir sıra yüksək səviyyəli əfqan rəsmilərlə görüşlər keçirəcəkdir.