May 07, 2017 13:38 Asia/Baku
  • Zərif Əfqanıstan prezidenti ilə görüşüb
    Zərif Əfqanıstan prezidenti ilə görüşüb

İranın xarici işlər naziri Əfqanıstana səfərinin davamında bu ölkənin prezidenti ilə görüşüb.

Bu gün Əfqanıstan xarici işlər nazirinin rəsmi dəvətilə yüksək səviyyəli siyasi bir nümayəndə heyətilə bu ölkəyə səfər etmiş İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Kabildə Əfqanıstanın prezidenti Əşrəf Qəni ilə görüşüb. Bu görüş media mənsublarının iştirakı olmadan keçirilib.

Zərif həmçinin Kabilə daxil olduqdan sonra Əfqanıstan xarici işlər naziri Səlahəddin Rəbbani ilə görüşüb və sonra bir mətbuat konfransında bu görüşün detallarını şərh edibdir.

Məhəmməd Cavad Zərif Əfqanıstan xalqına qarşı terror hərəkətlərini pisləyərək, bu ölkənin beynəlxalq təşkilatlarda İrana dəstək verməsinə görə təşəkkür edib və belə deyib: İran da müxtəlif səviyyələr və dövrlərdə Əfqanıstanın hökuməti və xalqını himayə edibdir.

Teqlər