May 09, 2017 08:25 Asia/Baku
  • İİR təhlükəsizlik naziri: Düşmənin hərhansı hərəkəti müşahidə edilir
    İİR təhlükəsizlik naziri: Düşmənin hərhansı hərəkəti müşahidə edilir

İran İslam Respublikasının təhlükəsizlik naziri deyib: İranın təhlükəsizlik qüvvələri düşmənin kiçicik hərəkətlərini belə müşahidə edir.

İRİB-in verdiyi məlumata görə, seyid Mahmud Ələvi Orta şərqdə İranın malik olduğu təhlükəsizliyə diqqət çəkərək deyib: İranın təhülkəsizliyi təhlükəsizlik qüvvələrinin gizli səylər və fədakarlıqlarına borcludur. 

İranın təhlükəsizlik naziri deyib: Ayıqlıq və əhatəli kəşfiyyat zərurətdir ona görə ki, düşmənə İrana zərbə vurmaq fürsəti vermir. 

Ələvi həmçinin hər hansı ölkənin gücünün xalqın siyasi atmosferi himayəsindən asılı olduğunu bildirərək deyib: İran xalqının seçkilərdə davamlı və şövqlu iştirakı İran İslam Respublikasının gücünün simvoludur. 

29 ordibeheşt (19 may) İranda 12-ci prezident seçkiləri keçiriləcək. Prezident seçkiləri ilə eyni zamanda ölkə boyu şəhər və kəndlərin islami şuralarının 5-ci seçkiləri də keçiriləcək.

Teqlər