General Səfəvi: İranın təhlükəsizliyi onun xalq bazasına görədir
May 16, 2017 18:22 Asia/Baku
İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Komandanının ali müşaviri deyib: İranın təhlükəsizliyi onun xalq bazasına və xalqa sövkəndiyinə görədir.
İRNA-nın verdiyi məlumata görə, General Leytenant seyid Yəhya Rəhim Səfəvi İran sərhədlərində kənardakı destabilliyə toxunaraq deyib: İranda təhlükəsizlik göstəricilərinin yerliləşməsi və xalqa sövkənməsi sərhəddən kənardan destabilliyin ölkəyə daxil olmasına mane olur.
General Səfəvi deyib: Hər hansı bir ölkədə təhlükəsizlik inkişaf üçün ən əsas zərurət və ən önəmli göstəricidir və inkişaf etmiş ölkələr iqtisadi və siyasi inkişafı təhlükəsizlik üzərində qurublar.