May 20, 2017 11:16 Asia/Baku
  • İran prezident seçkiləri nəticələrinin ikinci hissəsi elan olunub
    İran prezident seçkiləri nəticələrinin ikinci hissəsi elan olunub

İranda 12-ci prezident seçkilərinin ikinci hissəsinin elan olunmasına əsasən, bu seçkilərə namizəd Həsən Ruhani 22 milyondan çox səs toplayaraq, öndə getməkdə davam edir.

İran Seçki Komissiyasının sədri Əli Əsğər Əhmədi İran prezident seçkiləri nəticələrinin elan olunmasının ikinci hissəsində müxbirlər qarşısında deyib: İndiyədək 40 milyon 76 min 729 səs sayılıbdır ki, bu miqdardan 38 milyon 914 min 470 səs düzgün olubdur.

Əli Əsğər Əhmədi əlavə edib: Həsən Ruhani 22 milyon 796 min 468, Seyid İbrahim Rəisi Sadat 15 milyon 452 min 194, Mustafa Ağa Mir Səlim 455 min 211 və Mustafa Haşemi-Təba 210 min 597 səs toplayıblar.

İran Seçki Komissiyasının sədri həmçinin deyib: İranın daxili işlər naziri Əbdürreza Rəhmani Fəzli İran prezident seçkilərinin yekun nəticəsini bu gün Tehran vaxtı ilə saat 14-də elan edəcək.

12-ci prezident və 5-ci şəhər və kənd islam şuraları seçkiləri dünən İranda və 102 ölkədə keçirildi.

Həsən Ruhani, Seyid İbrahim Rəisi Sadat, Mustafa Ağa Mir Səlim və Mustafa Haşemi-Təba İranda 12-ci prezident seçkilərinin dörd namizədi idi.

56 milyon 410 min 234 nəfər 12-ci prezident və 5-ci şəhər və kənd islam şuraları seçkilərində səsvermə şəraitinə malik idi ki, bu seçkilərdə 70 faizdən çox, yəni 40 milyon nəfərdən çox iştirakın olduğu elan edilib.

 

 

 

 

 

 

Teqlər