Seçki namizədləri və milli mediadan H.Ruhaniyə təbriklər
12-ci prezident seçkilərinə namizədlər və İran İslam Respublikasının TeleRadio Təşkilatı ayrı-ayrı müraciətlərdə Həsən Ruhanini yenidən prezident seçilməsi münasibətilə təbrik ediblər.
Dünən İranda və 102 ölkədə keçirilmiş İranın12-ci prezident seçkilərinin yekun nəticələrinə əsasən, bu seçkilərin namizədi Həsən Ruhani 23 milyondan çox səs toplayaraq, bir daha İran prezidenti olubdur.
12-ci prezident seçkilərinə namizəd Seyid Mustafa Haşemi Təba bu gün bir müraciətdə Həsən Ruhaninin 19 may seçkilərində qalib gəlməsini təbrik edərək, vurğulayıb: Gələcək dövlət İran İslam Respublikasının müqaviməti, qüdrəti, hörmətliliyi və qorunması, azgəlirli təbəqənin problemlərinin aradan qaldırılması, kənd təsərrüfatının modernləşdirilməsi, ixracat məhsulları yolu ilə tam məşğulluğun yaradılması, eləcə də turizm imkanlarından tam şəkildə bəhrələnmək istiqamətində səy göstərsin.
12-ci prezident seçkilərinə digər namizəd Seyid Mustafa Ağa Mir Səlim də bir müraciətdə 19 may seçkilərində iştirak üzrə qəhrəmanlıq göstərdiyinə görə, İran xalqına təşəkkür edib və seçilmiş prezidentə uğur arzulayıbdır.
İran İslam Respublikasının TeleRadio Təşkilatı da bir müraciətdə Həsən Ruhaninin 12-ci prezident seçkilərində qalib gəlməsi münasibətilə İran xalqınının seçdiyi prezidenti təbrik edibdir.