İranın hərbi qüdrəti haqda ABŞ-ın məlumat zəifliyi
İranın Silahlı Qüvvələrinin sözçüsü deyib: Hərbi cəhətdən İran İslam Respublikasının maddi və mənəvi qüdrəti haqda amerikalıların məlumatı çox məhduddur.
General Seyid Məsud Cəzayiri əlavə edib: İran İslam Respublikasının müdafiə qüdrəti haqda ABŞ-ın bəzi qurumlarının yaydıqları məlumatlarla bu nəticəyə çatmaq olar ki, ABŞ-ın hərbi və təhlükəsizlik xidmətləri İranın müdafiə potensiallarının dərinliyini dərk edə bilmirlər.
O bildirib: İranın önləyici qüdrəti aktiv önləyiciliyə əsaslanır. Belə ki, hər bir təcavüzkarı məhvə və təslimə qədər təqib edəcək.
İranın Silahlı Qüvvələri sözçüsü həmçinin regionda müharibə və de-stabilliyin artmasında ABŞ və sionist rejimin roluna toxunub: Qərbi Asiyada stabillik və dincliyin bərpa olunması bu strateji bölgədən əcnəbilərin çıxmasını tələb edir.