İranın silahlı qüvvələri 3 strateji layihəni istifadəyə verib
İranın müdafiə və silahlı qüvvələrə locestik dəstək naziri İranın ilk geoportalı, peyklə hündürlüyün ölçülməsi kalibrasiyası layihəsi və daimi sərhəd stansiyaları şəbəkəsinini ilk etapının istifadəyə verilməsindən xəbər verib.
İRİB-in verdiyi məlumata görə, İran İslam Respublikası müdafiə və silahlı qüvvələrə locestik dəstək naziri General Mayor Hüseyn Dehqan bu gün Xorəmşəhrin azad edilməsi qəhrəmanlığının ildönümü ərəfəsində sözü gedən layihələrin istifadəyə verilməsi mərasimində deyib: İnformasiyaya əhatə sahəsində silahlı qüvvələrin qabiliyyətlərinin artırılması, İranın müdafiə sektorunda coğrafi məlumatlar üzrə təchizatların müasirləşdirilməsi Müdafiə Nazirliyinin əsas strategiyaları sırasındadır.
General Dehqan deyib: İranın Müdafiə Nazirliyi coğrafiya və xəritə sahələrində öz proqramlarının sürətini artıraraq silahlı qüvvələrin bu sahədəki bütün ehtiyaclarını dünyanın ən müasir texnologiyalarından istifadə etmək və onları yerliləşdirmək yoli ilə təmin etməyi planlaşdırır.
Çərşənbə günü xordad ayının 3-ü, may ayının 24-ü Xorəmşəhrin 1982-ci ildə azad edilməsinin ildönümü gününə təsadüf edir. Bu qələbə nəticəsində İraq qüvvələri İran sərhədlərinin arxasına qovuldu və iraqlıların məğlubedilməzliyi tilisimi sındı.