May 25, 2017 09:08 Asia/Baku
  • Məhəmməd Cavad Zərif
    Məhəmməd Cavad Zərif

İran İslam Respublikasının xarici işlər naziri deyib: Xürrəmşəhrin azad edilməsi İraq ordusu və Ali-Səudun neft dollarlarının İranlıların müqaviməti qarşısındakı məölubiyyəti idi.

Məhəmməd Cavad Zərif çərşənbə günü Xürrəmşəhrin azad edilməsi münasibəti ilə bir "Tvit" paylaşaraq, yazıb: Ali-Səud tərəfindən himayə edilən İraqın sabiq diktatoru Səddam Hüseynin ordusu iranlıların iradəsi və müqaviməti qarşısında davam gətirə bilmədi. 

24 May İran İslam Respublikası təqvimində Xürrəmşəhrin azad edilməsi günü olaraq tarixə keçib. Və İranda müqavimət, fədakarlıq və qələbə günü olaraq qeyd olunur. 

Teqlər