Zərif: İran xalqı təhdidlərdən qorxmur
May 25, 2017 20:55 Asia/Baku
İran İslam Respublikası xarici işlər naziri deyib: İran xalqı dözümlü və mübariz bir xalqdır və amerikalıların təhdidlərindən qorxmur.
İRNA-nın məlumatına görə, Məhəmməd Cavad Zərif cümə axşamı Tehranda deyib: İnqilab Rəhbərinin istiqamətləndirməsi ilə İran xalqının 19 Mayda seçkilər səhnəsindəki əzəmətli iştirakı yalan, töhmət və İranofobiya üzrə yalanların ifşa edilməsinə səbəb oldu.
Zərif daha sonra deyib: İran xalqı dünyaya sübut etdi ki, bu xalq ilə yalnız hörmət əsasında davranmaq olar və təhdid və təhqirləri bir kənara qoymaq lazımdır.