May 26, 2017 17:11 Asia/Baku
  • Zərif: İran Suriya böhranının siyasi həllini istəyir
    Zərif: İran Suriya böhranının siyasi həllini istəyir

İranın xarici işlər naziri vurğulayıb ki, İran İslam Respublikası Səudiyyə Ərəbistanının əksinə olaraq, Suriya böhranının siyasi həllinin ardıncadır.

Məhəmməd Cavad Zərif Nyu-York Tayms qəzetində dərc olunmuş qeydlərində Amerika prezidenti Donald Trampın Ərriyada olan səfərinə və Ərəbistanla ABŞ arasında 110 milyard dollarlıq bir müqavilənin imzalanmasına işarə edərək, yazıb: Bu müqavilə, nə əlavə xərclər yükünü Vaşinqtonun çiynindən götürəcək, nə də ki, Ərəbistanın, Amerikanın iddia etdiyi kimi, uzunmüddətli təhlükəsizliyinə kömək edəcəkdir.

"Səudlar bu müqavilənin pulunu ödəməyə qadır deyillər!" deyən Zərif bildirib ki, Tramp İranın qonşusundan bac almaqla məşğuldur.

İranın xarici işlər naziri vurğulayıb: Ərəbistanın, ümumi fikri özünün beynəlxalq ixracatından, yəni Kəraçidən Mançesterədək Əlqaidə, İŞİD və hər bir digər təxribatçı terror qrupunun ekstremist ideologiyası olan vəhhabiliyi yaymasından yayındırmaq məqsədilə İranofobiyanı yaymağa milyonlarla dollar xərclədiyi bir halda, İran İslam Respublikası İraq və Suriyada ekstremizmin qurbanlarına yardım edir.

Teqlər