May 26, 2017 17:23 Asia/Baku
  • İranın Türkmənistandan qaz idxalının bərpası üzrə şərti
    İranın Türkmənistandan qaz idxalının bərpası üzrə şərti

İranın neft nazirinin qaz məsələləri üzrə müavini deyib: Əgər Türkmənistan gələcəkdə qazın qiymətini aşağı salarsa, Tehran Aşqabaddan qaz satın alar.

İranın neft nazirinin qaz məsələləri üzrə müavini Həmidreza Eraqi bu gün IRNA ilə müsahibədə Türkmənistanla qaz ixtilafı haqda deyib: Əgər Türkmənistan müzakirəyə hazır olar və İranın şərtlərini qəbul edərsə, Tehran Beynəlxalq Arbitraj Məhkəməsinə şikayət etməz. Yox əgər, qəbul etməzsə, məsələ Beynəlxalq Arbitraj Məhkəməsinə göndəriləcəkdir.

Eraqi qış fəslində qəflətən qazın kəsilməsinə görə, Türkmənistandan kompensasiyanın alınması haqda isə deyib ki, Tehran bu məsələni izləməkdədir.

"Türkmənqaz" şirkəti 2017-ci il yanvarın əvvəllərində qəflətən və müqavilə qaydalarına zidd bir hərəkətdə qış fəslinin başlanması ilə "münaqişəli və ixtilaflı məbləği tez bir zamanda almalıdır" iddiası ilə İrana göndərilən qazı kəsdi.

Teqlər