İran və Hindistan arasında birbaşa konteyner əlaqəsi yaradılıb
May 27, 2017 12:52 Asia/Baku
İran İslam Respublikasının Gəmiçilik İdarəsi İranın Çabəhar limanı ilə Hindistanın Kandlay limanı arasında birbaşa kanteyner əlaqəsi yaradıb. Bu da konteynerlərin daşınmasını xeyli sürətləndirmiş olacaq.
Çabəhar limanı ilə Kandlay limanı arasında birbaşa konteyner əlaqəsinin yaradılması iki ölkə arasında konteynerlərin birbaşa və daha qısa zaman ərzində daşınmasına şərait yaratmış olacaq.
Çabəhar limanı İranın mühüm limanlarından biri olaraq Oman dənizinin şimalında yerləşir. Strateji mövqeyə və beynəlxalq sulara çıxışa malik olmasına görə, İran ilə digər ölkələr arasında yüklərin daşınması baxımından önəmli yerə malikdir.