May 29, 2017 18:45 Asia/Baku
  • Laricani: Sionist rejim bəşəriyyətə qarşı təhdiddir
    Laricani: Sionist rejim bəşəriyyətə qarşı təhdiddir

İranın İslam Şurası Məclisinin sədri sionist rejimin təcavüzkar və rasist mahiyyətinin bəşəriyyətə və region xalqlarına qarşı təhdid olduğunu bildirib.

İRNA-nın verdiyi məlumata görə, İran parlamentinin sədri Əli Laricani Livan Hizbullahının baş katibi Həsən Nəsrullaha işğalçıların Livanın cənubundan qovulmalarının 17-ci ildönümü günü münasibəti ilə etdiyi təbrik müraciətində deyib: İslami müqavimətin sionist rejimə qarşı ayrı-ayrı qələbələri açıq-aydın şəkildə göstərir ki, sadəcə həmrəylik və müqavimətlə islam ümmətinin Fələstinin işğal olunmuş ərazilərinin azad edilməsi uğrundakı amallarına nail olmaq mümkündür. 

İran parlamentinin sədri bildirib: Şübhəsiz Livanda müxtəlif qrupların birliyi və bütövlüyü qeyrətli Livan xalqı və islami müqavimət qarşısında aydın gələcəyi müjdələyir. 

Laricani Livanın baş katibinə, müqavimət döyüşçülərinə, Livan dövləti və xalqına başıucalıq arzulayıb. 

2000-ci il mayın 25-də sionist rejim hərbi gücə malik olsa da, Livan müqaviməti qarşısında təslim olaraq Livanın cənubundan geri oturmaq məcburiyyətində qaldı. 

Belə bir gündə Livanın işğal olunmuş ərazilərinin böyük hissəsi azad edildi. 

Livanlılar hər il 25 mayı sionistlərin Livanın cənubundan qaçmalarının ildönümü gününü müqavimət və qələbə günü olaraq qeyd edirlər. 

Teqlər