May 31, 2017 12:50 Asia/Baku
  • Laricani yenidən İran parlamentinin sədri seçilib

Əli Laricani İran İslam Şurası Məclisinin bir daha sədri seçilib.

İran İslam Şurası Məclisinin nümayəndələrinin çərşənbə günü iclası parlament sədri və rəyasət heyətinin üzvlərinin seçilməsi ilə əlaqədar keçirilib. 

İran parlamentinin nümayəndələri bu iclasda səsvermə ilə parlament sədrliyinin yeganə namizədi Əli Laricanini ümumilikdə 268 səsdən 204 səslə sədr seçiblər. 

Əli Laricani 2008-ci ilin aprel ayından İran parlamentinin sədridir. 

Həmçinin bu səsvermədə Məsud Pezeşkan 179 və Əli Mütəhhəri 163 səslə parlamentin 1-ci və 2-ci sədr əvəzediciləri seçiliblər. 

İran parlamenti sədri və rəyasət heyəti seçkiləri hər il keçirilir. 

Teqlər