İyun 07, 2017 09:13 Asia/Baku
  • Zərif ərəb böhranını müzakirə etdi
    Zərif ərəb böhranını müzakirə etdi

İran İslam Respublikası xarici işlər naziri region olayları haqda öz məsləhətləşmələrinin davamında Almaniya və İspaniya xarici işlər nazirləri ilə danışıqlar aparıb.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif çərşənbə axşamı gecə Almaniya xarici işlər naziri Ziqmar Qabriellə telefon söhbətində Yaxın Şərqdəki son olaylar haqda fikir mübadiləsi aparıb. 

İran xarici işlər naziri həmçinin İspaniya xarici işlər naziri Alfonso Dastislə telefon söhbətində Yaxın Şərqdə yaranmış son olayları araşdırıb. 

Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Misin Qətərlə diplomatik münasibətləri kəsməsinin ardınca, İran İslam Respublikasının xarici diplomatiya idarəsinin rəhbəri bazar ertəsi günündən müxtəlif ölkələrin xarici işlər nazirləri ilə məsləhətləşmələr aparmışdır. 

Bundan öncə, İran xarici işlər naziri Küveyt, Qətər, Əlcəzair, Livan, Malayziya, Tunis, İraq, Oman, Türkiyə, İndoneziya, Yunanıstan xarici işlər nazirləri, Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru ilə regionun hazırkı vəziyyəti və Qətərlər Fars körfəzinin bəzi ölkələri arasında yaranan gərginlik haqda telefonla danışıqlar aparmışdı. 

Teqlər