İyun 07, 2017 11:07 Asia/Baku
  • İmam Xomeyninin (rə) pak məqbərəsinə terror hücumu
    İmam Xomeyninin (rə) pak məqbərəsinə terror hücumu

Silahlı terrorçu şəxslər Həzrət İmam Xomeyninin pak məqbərəsinə girib və atəş açaraq bir neçə nəfəri yaralayıblar.

Bu gün çərşənbə günü silahlı terrorçular İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyninin (rə)  məqbərəsinin qərb hissəsində silahlı insident törədərək bir qrupu yaralayıblar. Terrorçulardan ikisi saxlanılıb və bir terrorçu da üzərindəki partlayıcı qurğunu işə salıb. 

Bildirildiyinə görə, bir nəfər həlak olub, beş nəfər də yaralanıb. 

Yaralılar xəstəxanaya aparılıblar. İmam Xomeyninin (rə) terror aktında yaralanların dəqiq sayı barədə məlumat verilməyib. 

Teqlər