İyun 07, 2017 17:22 Asia/Baku
  • Zərif: Terrorizm qlobal problemdir

İran xarici işlər naziri Tehrandakı terror aktlarını pisləyib: Terrorizm Yaxın Şərq və dünyanın üzləşdiyi problemdir.

İRNA-nın məlumatına görə, Türkiyədə rəsmi səfərdə olan İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkiyənin Esenboğa aeroportunda qarşılanma mərasimində bildirib: Tehranda bugünkü terror aktı İranın terrorizmlə mübarizə üzrə iradəsini möhkəmlədəcək.

Zərif əlavə edib: Təhlükəsizlik və terror aktları baxımından regiona çox pis şərait hakimdir və bu sahədə hərtərəfli əməkdaşlıq həyata keçirilməlidir.

Zərif ikitərəfli və regional məsələlər haqda Türkiyə rəsmiləri ilə müzakirələr aparmaq üçün bu gün Ankaraya yollanıb.

Teqlər