İran və Çin xarici işlər nazirləri görüş keçiriblər
İyun 09, 2017 09:14 Asia/Baku
İranın xarici işlər naziri dünən gecə Qazaxıstanın Astana şəhərində Çinin xarici işlər naziri "Van İ" ilə görüşüb.
IRNA xəbər verir: Məhəmməd Cavad Zərif deyilənlərə görə, İranın rəsmi üzvlüyü məsələsinin də qaldırılacağı Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitində, eləcə də "Ekspo-2017" beynəlxalq sərgisinin açılış mərasimində iştirak məqsədilə Qazaxıstanın paytaxtı Astana şəhərinə səfər edib.
"Van İ" bu görüşdə çərşənbə günü Tehranda törədilmiş terror hücumlarını pisləyərək, İranın dövləti və xalqı ilə həmrəylik ifadə edibdir.
Çinin xarici işlər naziri bu görüşdə həmçinin rəsmi Pekinin İran İslam Respublikasının Şanxay Əməkdaşlıq Təşkilatına rəsmi üzvlüyünə dəstək verdiyini bir daha vurğulayıb.