Zərif: Senatın yeni qərarı ABŞ-ın dardüşüncəliliyinin nişanəsidir
İran xarici işlər naziri deyib: ABŞ Senatının yeni qərarı bu ölkə hökumətinin son bir neçə həftədə izlədiyi yalnış siyasət və dardüşüncəliliyin nişanəsidir.
ABŞ Senatı 8 iyunda İran əleyhinə yeni sanksiyaların təsdiqlənməsi üçün müzakirələrin yetərli olduğuna rəy verib. Bu layihə Nümayəndələr Palatasında təsdiqləndikdən və ABŞ prezidenti tərəfindən imzalandığı halda İran İslam Respublikası əleyhinə yeni sanksiyalar tətbiq olunacaq.
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bazar ertəsi günü Norveç paytaxtı Osloya daxil olduğu zaman jurnalistlərə verdiyi açıqlamada ABŞ Senatının İran əleyhinə yeni sanksiyalarının təsdiqlənməsinin ehtimalı haqda əlavə edib: ABŞ-ın təxribatçılığı və əhdə sadiq qalmaması yeni məsələ deyildir. Bu barədə Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerini və Əhatəli Müştərək Təşəbbüs Proqramındakı tərəflərdən olan Çin və Rusiya və digər ölkələrlə danışıqlar aparılıb.
"Avropa ölkələri bildiriblər ki, onların məqsədi ABŞ-ın sədaqətsizliyini nəzərə almadan" İranla əlaqələri davam etdirməkdir" -deyən Zərifin sözlərinə görə, Əhatəli Müştərək Təşəbbüs Proqramının icra prosesi İran və öhdəliyi yerinə yetirən Avropa Birliyi ölkələri arasında icra edilməkdədir və təbii şəkildə irəliləyir.
O həmçinin Norveç və Oslo Assambleyasında iştirak etməkdə məqsədini İranın region və dünyada sülh və stabilliyin tərəfdarı olan ölkə olaraq prinsipial mövqelərini bəyan etmək adlandırıb və əlavə edib: Yaxın Şərq regionu son bir neçə həftə ərzində Fars körfəzi ölkələri arasında yaranan gərginliklərlə üzləşmişdir və bu gərginliyin artmasına mane olmaq istiqamətində beynəlxalq səylər artmalıdır.
İran xarici işlər naziri bazar ertəsi günü siyasi heyətin müşayiəti ilə Oslo 2017 Assambleyasında iştirak etmək məqsədilə Norveç paytaxtına gedib. Zərif bu assambleyada çıxış etməklə yanaşı müxtəlif ölkələrin bəzi rəsmiləri ilə görüşərək danışıqlar aparacaq.