İyun 12, 2017 19:06 Asia/Baku
  • İranın 7 şirkəti Çində nano-texnologiya sərgisində iştirak edib
    İranın 7 şirkəti Çində nano-texnologiya sərgisində iştirak edib

İranın nano-texnologiya üzrə 7 şirkəti Çində iki Nano-Texnologiya ilə əlaqədar Sərgidə iştirak edib.

İRNA-nın məlumatına görə, bu iki sərginin keçirildiyi zamanda İranın Nano-Miqyas Texnologiyalar Şirkəti öz məhsullarını Malayziya, Çin və Cənubi Koreyaya satmağa başlayıb. 

Şanxay Beynəlxalq Nano-Texnologiya Sərgisində beş İran şirkəti və su və tullantının filtrasiyası avadanlıqları ilə əlaqədar texnologiya sərgisində iki İran şirkəti iştirak edib.

Nano-texnologiya sərgisi 6-8 iyunda, su və tullantıların filtrasiyası avadanlıqları ilə əlaqədar sərgi isə 7-9 iyunda Çinin Şanxay şəhərində müxtəlif sahələrin mütəxəssisləri və sənayeçilərinin iştirakı ilə keçirilib. 

Teqlər