Zərif Osloda norveçli həmkarı ilə məsləhətləşib
https://azeri.sahartv.ir/news/İran-i272784-zərif_osloda_norveçli_həmkarı_ilə_məsləhətləşib
Oslo Forumunda iştirak etmək üçün Norveçə səfər edən İran İslam Respublikası xarici işlər naziri norveçli həmkarı ilə görüşərək danışıqlar aparıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 12, 2017 15:34 Asia/Baku
  • Məhəmməd Cavad Zərif
    Məhəmməd Cavad Zərif

Oslo Forumunda iştirak etmək üçün Norveçə səfər edən İran İslam Respublikası xarici işlər naziri norveçli həmkarı ilə görüşərək danışıqlar aparıb.

İRNA-nın məlumatına görə, İran İslam Respublikası xarici işlər naziri Məhəmməd Cavad Zərif və Norveç xarici işlər naziri Borge Brende ikitərəfli əlaqələr, Yaxın Şərq və beynəlxalq məsələlər haqda danışıqlar aparıblar. 

İran və Norveç xarici işlər nazirləri bu görüşdən sonra birgə mətbuat konfransı keçirəcəklər. 

Məhəmməd Cavad Zərif həmçinin İndoneziya xarici işlər naziri və Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerini ilə görüşərək danışıqlar aparacaq.