İyun 14, 2017 08:47 Asia/Baku
  • Zərifin Oslo səfəri başa çatdı

Bazar ertəsi günü Oslo Forumunda iştirak etmək və beynəlxalq səviyyəli rəsmilər və şəxsiyyətlərlə ikitərəfli görüşlər keçirmək məqsədilə Norveçə səfər edən İran İslam Respublikası xarici işlər naziri ötən gecə bu ölkəni Tehran istiqamətində tərk edib.

İRNA-nın məlumatına görə, Məhəmməd Cavad Zərif bazar ertəsi günü Osloya səfər etdi və səfərinin ilk günündə norveçli və indoneziyalı həmkarı ilə görüşlər keçirdi. 

Zərif həmçinin bazar ertəsi günü günortadan sonra Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerini ilə görüşdü. Bu görüşdə son regional, beynəlxalq olaylar və Nüvə Anlaşması diqqət mərkəzində durdu. 

Zərif çərşənbə axşamı günü də Oslo Forumunda iştirak etdi. 

İran xarici işlər naziri Slovakiya, Xorvatiya, Bosniya və Herseqovina və Kenya xarici işlər nazirləri və BMT-nin sabiq baş katibi Kofi Annanla Oslo forumunun kənarında görüşərək danışıqlar apardı. 

Avropalı və amerikalı ziyalılar və təhqiqatçılarla görüş də İran xarici işlər nazirinin çərşənbə axşamı günü Oslodakı səfər proqramına daxil idi. 

Teqlər