General Cəzairi: ABŞ vasitəçi müharibə yolu ilə öz məqsədlərinə çata bilmədi
https://azeri.sahartv.ir/news/İran-i273700-general_cəzairi_abŞ_vasitəçi_müharibə_yolu_ilə_öz_məqsədlərinə_çata_bilmədi
İran İslam Respublikası silahlı qüvvələrinin baş sözçüsü deyib: Amerika və müttəfiqləri vasitəli terrorçu savaşı və hərbi qoşun yeritməklə öz məqsədlərinə çata bilməyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 21, 2017 09:34 Asia/Baku
  • General Cəzairi: ABŞ vasitəçi müharibə yolu ilə öz məqsədlərinə çata bilmədi

İran İslam Respublikası silahlı qüvvələrinin baş sözçüsü deyib: Amerika və müttəfiqləri vasitəli terrorçu savaşı və hərbi qoşun yeritməklə öz məqsədlərinə çata bilməyib.

General Seyid Məsud Cəzairi çərşənbə günü İRNA-ya verdiyi müsahibədə terrorçu-təkfirçi İŞİD qruplaşmasını ABŞ-ın düşüncə otaqlarının məhsulu adlandırıb və deyib: İŞİD terror qruplaşması Ərəbistan, Türkiyə və bəzi digər region ölkələrinin köməyi və bəzi Avropa ölkələrinin himayəsi ilə yaradılaraq, inkişaf etdirilib.

General Cəzairi əlavə edib: Bu  terrorçu qruplaşmalar, ABŞ üçün istifadə müddəti başa çatmadığı zamana kimi, himayə ediləcəklər. Daha sonra isə daxili çəkişmələr və xarici təzyiqlər hesabına səhnədən kənarlaşdırılacaqlar.

İran İslam Respublikası silahlı qüvvələrinin baş sözçüsü əlavə edib: Terrorçu-təkfirçi İŞİD qruplaşmasının aldanmış üzvlərinin taleyi Amerika, Avropa ölkələri və regionda izlənilməlidirlər. Və bu terrorçulardan qaynaqlanan problemlər tezliklə Avropa, Amerika, Ərəbistan və Türkiyə tərəfindən də müşahidə ediləcək.