Ümumdünya Qüds gününün qətnaməsi
https://azeri.sahartv.ir/news/İran-i273942-Ümumdünya_qüds_gününün_qətnaməsi
Ümumdünya Qüds günü yürüşünün iştirakçıları bir qətnamədə Fələstin intifazəsini və islami müqaviməti dəstəklədiklərini bildirərək, Ali-Səud rejimi tərəfindən Qüdsü işğal etmiş rejimlə əlaqələrin adiləşdirilməsi və saziş xəttinin rəvac verilməsini pisləyiblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 23, 2017 08:27 Asia/Baku
  • Ümumdünya Qüds gününün qətnaməsi
    Ümumdünya Qüds gününün qətnaməsi

Ümumdünya Qüds günü yürüşünün iştirakçıları bir qətnamədə Fələstin intifazəsini və islami müqaviməti dəstəklədiklərini bildirərək, Ali-Səud rejimi tərəfindən Qüdsü işğal etmiş rejimlə əlaqələrin adiləşdirilməsi və saziş xəttinin rəvac verilməsini pisləyiblər.

Ümumdünya Qüds günü yürüşünün yekun qətnaməsində deyilir: Qüdsi-Şərifin azad edilməsi və İsrail rejiminin qəti məhvi üzrə səy İslam dünyasının birinci prioriteti olmaqda davam edir və İslam ümmətini Fələstin məsələsindən yayındıracaq hər bir mövzu pislənilir.

Bu qətnaməyə əsasən, Fələstin məsələsinin yeganə həll yolu, fələstinli didərginlərin dünyanın müxtəlif məntəqələrindən geri dönmələri və bu ölkənin gələcəyinin təyini üçün əhatəli və azad referendumun keçirilməsidir və hər bir digər həll yolu, saxta sionist rejimin həyatının davam etməsi və Fələstin xalqının qanuni hüquqlarının zəiflədilməsinə fürsətin yaradılması kimi pislənilir.