İyun 29, 2017 10:58 Asia/Baku
  • Əli Laricani
    Əli Laricani

İran İslam Şurası Məclisinin sədri deyib: Amerikalılar ritorikalarla öz rəqiblərini aradan qaldırmaq ardıncadırlar və İrana təyyarə satışı da bu məqsədlə həyata keçirildi.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani cümə axşamı günü Cənubi Koreyaya səfərinin son günündə jurnalistlərə verdiyi açıqlamada amerikalıların sanksiya təhdidini təkrar sözlər adlandırıb: Problem budur ki, ABŞ rəsmiləri daha çox alverçi xüsusiyyətinə malikdirlər. 

Əhatəli Müştərək Təşəbbüs Proqramının ABŞ tərəfindən pozulmasına toxunan Laricani əlavə edib: Nüvə anlaşması BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənən beynəlxalq anlaşmadır və bu anlaşmanı pozmaq amerikalıların özünün də xeyrinə deyil. 

Ölkələrə diktə dövrünün sona çatdığını və ölkələrin müstəqil olmaq istədiyini qeyd edən Parlament sədrinin sözlərinə görə, ABŞ hökuməti beynəlxalq qanunlara əsasən addım atmalıdır. Siyasətlərini dəyişməmək onların özünün də xeyrinə deyil. 

Laricani Səudiyyə Ərəbistanının terrorçuları dəstəkləməməli olduğunu bəyan edib: İŞİD terror qruplaşması indiyə qədər haradan təmin olunduğu bəlli olan 30 milyard dollarlıq silaha malikdir. 

İran İslam Şurası Məclisinin sədri Tehranın regionda sülh və stabilliyin bərpa olunmasındakı təsirli addımlarına da toxunub: Bəzi ölkələrin İŞİD-ə kömək etdiyi halda, İran İraq və Suriya dövlətlərinə terrorçuları məhv etmək üçün kömək etdi. 

Laricani Koreya yarımadası münaqişələrinin diplomatik yolla həllini vurğulayıb: İran İslam Respublikası Cənubi Koreya və Şimali Koreya məsələlərinin həlli üçün öz əlaqələrindən istifadə etməyə hazırdır. 

Teqlər